Tanınmış futbolçu azadlığa çıxdı

17:31 - 19 Oktyabr 2022

Tanınmış futbolçu Meyson Qrinvud azad olunub.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in sabiq futbolçusu sevgilisini zorlamaqda və şiddət göstərməkdə şübhəli bilinərək həbs edilmişdi.

Amma növbəti məhkəmədən sonra 21 yaşlı futbolçu zaminə buraxılıb.

Qrinvud bu il keçmiş sevgilisinə qarşı zorakılıq etdiyinə görə evində saxlanılmışdı. "Qırmızı şeytanlar" isə fevralın 11-də onunla müqaviləyə xitam vermişdi. 

Xəbər xətti