"Mançester Yunayted"in portuqaliyalı futbolçusu Dioqo Dalot "Barselona"ya keçməkdə maraqlıdı.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" onunla müqavilə müddətini artırmağı düşünür.
Ona görə də, onun yayda Kataloniya klubuna keçidi asan başa gəlməyəcək.
2018-ci ildən “Mançester Yunayted”də oynayan portuqaliyalı "Milan" və "Porto"da da çıxış edib. O, agentindən "Barsa"ya keçidinin həll olunmasını xahiş edib.
