Avropa Liqası: "Arsenal" PSV-ni qəbul edir

10:32 - 20 Oktyabr 2022

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turda təxirə salınmış matç oynanılacaq.

Sportal.az xəbər verir ki, "Arsenal" evdə evdə Niderlandın PSV klubunu qəbul edəcək. Londonda oynanılacaq matç 21:00-da start başlanılacaq.

"Arsenal" bu oyunda xal itirməyəcəyi təqdirdə pley-offa vəsiqəni təmin edəcək. "Topçular" aktivindəki 9 xalla liderdi. PSV isə onlardan iki xal geri qalaraq 2-ci pillədə özünə yer edib.

UEFA Avropa Liqası

II turdan təxirə salınmış oyun

20 oktyabr

21:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)

 

Xəbər xətti