"Ronaldo ilə az adam müqayisə oluna bilər"

12:19 - 20 Oktyabr 2022

Fransa millisinin sabiq kapitanı Tyerrri Anri Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki vəziyyəti barədə danışıb.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı Ronaldonun əvvəlki formasında olmadığını söyləyib: 

"Bu elə də asan vəziyyət deyil. Amma Ten Haq ora Ronaldo üçün yox, “Mançester Yunayted” üçün gedib. Kristiano da komandanın bir hissəsidir, ona görə də həll yolu tapmaq lazımdı. Bəzən Ten Haq Ronaldosuz da oynamalıdı. İnsanlar hər zaman Ronaldo haqqında danışırsa, bu da çətindi. Hər kəs Ronaldonun nailiyyətləri haqqında danışır. Onunla az futbolçu müqayisə oluna bilər.  Amma əsas məsələ Ronaldonun hazırda nəyə qadir olması ilə bağlıdı. O, öyrəşdiyi vəziyyətdə deyil".

Xəbər xətti