"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın "Liverpul" və "Mançester Siti"nin maraq dairəsində olması barədə xəbərlər yayılıb.
Sportal.az "Sport Ekpsress"ə istinadən xəbər verir ki, Neapol klubunun idman direktoru Kristian Qintoli yayılan xəbərləri inkar edib.
O, nə "Liverpul", nə də "Mançester Siti"nin gürcü ilə maraqlanmadığını deyib:
"Bu komandalar Xviçanı istəyir? Xeyr, maraqlanmırlar. Xəbərlər doğru deyil, yalandı".
