"Mançester Yunayted"in veteran futbolçusu bu komandanı çalışdıracaq

15:11 - 20 Oktyabr 2022

"Mançester Yunayted"in veteran futbolçusu, məşqçisi Maykl Karrik özünə yeni iş yeri tapıb.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis "Midlsbro"ya baş məşqçi təyin ediləcək.

Tərəflərin artıq razılığa gəldiyi bildiirlir.

Karrik 2006-2018-ci illərdə “Mançester Yunayted”də oynayıb.

O, sonradan Joze Mourinyo və Ole Qunnar Sulşerin rəhbərliyi altında Mançester klubunda köməkçi məşqçi kimi çalışıb. 

Xəbər xətti