Azərbaycan çempionatında iştirak edəcək komandalar məlum oldu

18:27 - 20 Oktyabr 2022

Oktyabrın 20-də Azərbaycan Həndbol Federasiyasında XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə federasiyanın məsul işçiləri və komandaların baş məşqçiləri iştirak ediblər.

 

Əvvəlcə yarışın direktoru İsgəndər Əsgərov çıxış edərək 2022-2023-ci illər üzrə respublika çempionatının noyabrın 12-dən aprelin 30-dək “AHF Arena” da keçiriləcəyini bildirib. Qeyd olunub ki, yarış dairəvi üsulla dörd dövrədən ibarət olacaq.

 

Həmçinin çempionatın reqlamenti, qaydalardakı son dəyişikliklər, oyun cədvəli və digər məsələlər barədə məlumat verilib.

 

Yarışlarda iştirak edəcək komandaların adları açıqlanıb. Ümumilikdə, 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16), 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) komandalarının çıxış edəcəyi diqqətə çatdırılıb.

 

Yarışların püşkü atıldıqdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər xətti