"Atletiko"nun futbolçusu Joao Feliks komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu qış transfer pəncərəsi zamanı Madrid təmsilçisindən ayrılmaq niyyətindədir.
İspaniya mətbuatının yazdığına görə, 22 yaşlı oyunçunun xidmətində PSJ və "Bavariya" maraqlıdır. "Atletiko"nun Portuqaliya millisinin üzvünü satınalma şərti ilə icarəyə verəcəyi bildirilir. Dieqo Simeonenin şans vermədiyi futbolçu La Liqa klubunda qalmağı düşünmür.
Qeyd edək ki, Joa Feliks "Atletiko"ya 2019-cu ilin yayında "Benfika"dan transfer olunub. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 matçda 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
