Azərbaycan çempionu braziliyalı hücumçu transfer etdi

11:25 - 21 Oktyabr 2022

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu dəvət edib.

 

Sportal.az xəbər verir ki, ölkə çempionu braziliyalı forvard Pedro Torreslə anlaşıb. O, təmsilçimizə ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya daxil edilib.

 

Qeyd edək ki, 23 yaşlı futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda iştirak edib, 3 qol vurub.  

Xəbər xətti