Böyük Dəbilqə: 5 cüdoçumuz mübarizəyə başlayır

12:13 - 21 Oktyabr 2022

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

 

60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Angelo Pantano (İtaliya) ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək.

 

66 kq-da yarışan Tofiq Məmmədov 1/32 finalda Oskar Pertelsonla (Estoniya) görüşəcək.

 

Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batista (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuova (Qazaxıstan) ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. 

Xəbər xətti