"Qalatasaray" "Mançester Siti"nin kapitanını istəyir

13:27 - 21 Oktyabr 2022

Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Mançester Siti"nin kapitanı İlkay Gündoğandır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, "sarı-qırmızılar" 2023-cü ilin yayında İngiltərə klubu ilə müqavilə başa çatan 32 yaşlı yarımmüdafiəçini azad agent statusu ilə transfer etməyi planlaşdırır. Almaniya millisinin üzvü özü də "Qalatasaray"da oynamaq istəyir.

 

"Yuventus" və "Barselona" da İlkay Gündoğanla maraqlanır.

 

Qeyd edək ki, İlkay Gündoğan "Mançester Siti"yə 2016-cı ilin yayında Dortmind "Borussiya"sından transfer olunub. Təcrübəli futbolçu "şəhərlilər"in heyətində meydana çıxdığı 267 matçda 51 qol vurub.

Xəbər xətti