Millimizə rəqib olmuş komanda baş məşqçi ilə bağlı qərar verdi

14:30 - 21 Oktyabr 2022

Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi Məhəmməd Adiyevlə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, federasiya rusiyalı mütəxəssislə yola davam edəcək. 45 yaşlı məşqçi imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Məhəmməd Adıyev 2022-ci ilin aprel ayından Qazaxıstan yığmasını çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasında Azərbaycan millisinin yer aldığı qrupu lider tamamlayıb və B Liqasına yüksəlib.

Xəbər xətti