Premyer Liqanın 14-cü turunun mərkəzi görüşü Masazırda keçiriləcək. Hazırda turnir cədvəlinin lideri olan "Qarabağ" özündən iki xal geridə olan "Sabah"ın qonağı olacaq. Bu mövsüm çempionluq mübarizəsində Ağdam klubuna əsas rəqib kimi "Sabah" göstərilir.
İlk dövrədəki matç "Azərsun Arena"da keçirilmiş və 4:3 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə yekunlaşmışdı. Turun mərkəzi oyunu ilə bağlı müzakirələrə oxucularımız da qoşula bilər.
Maraqla gözlənilən bu dəfəki görüşlə bağlı fikirlərinizi Sportal.az-ın facebook səhifəsində bölüşə bilərsiniz: https://l24.im/WVRzC
Premyer Liqa, 14-cü tur
13 noyabr
17:00. "Sabah" - "Qarabağ"
"Bank Respublika Arena", Masazır
