Ukraynalı mütəxəssis Yuri Maksimov yayda "Vorskla"dan ayrıldıqdan sonra "Şamaxı"ya baş məşqçi təyin oluna bilərmiş.
Sportal.az "Sportarena.com”a istinadən xəbər verir ki, ona təklif olsa da, özü Azərbaycana qayıtmaq istəməyib:
"Vorskla"dan ayrıldıqdan sonra mənə Azərbaycandan təklif var idi. Amma nədənsə, getmək istəmədim. Məni ölkə kubokunu qazandığım komandaya dəvət etmişdilər. İndi həmin komanda "Keşlə" yox, "Şamaxı" adlanır. Ancaq sonda imtina etdim. Sonra Gürcüstandan variantım oldu, amma ora da getmək istəmədim. Artıq sıfırdan başlamaq və nəsə etmək istəyirəm. Ukraynadan heç bir təklif almamışam".
Xatırladaq ki, Maksimov 2017-18-ci illərdə "Keşlə" adlanan "Şamaxı"nın baş məşqçisi olub.
saytlarin hazirlanmasi
