"Millinin son iki turnirdə olduğu qədər irəli gedə bilməyəcəyini düşünürəm"

17:29 - 10 Noyabr 2022

İngiltərə yığmasının sabiq kapitanı Alan Şirer komandanın qarşıdan gələn dünya çempionatı ilə bağlı perspektivlərindən danışıb.

Sportal.az yerli mətbuata açıqlamasında, veteran futbolçu İngiltərə millisinin nəyə nail ola biləcəyini söyləyib:

"Millinin son iki turnirdə (DÇ-2018-in yarımfinalı və AÇ-2020-də finalı) olduğu qədər irəli gedə bilməyəcəyini düşünürəm. Komandanın yarımmüdafiə və hücum xətti güclüdür. Lakin müdafiə ilə bağlı narahatlıq var. Bununla belə, hesab edirəm ki, İngiltərə öz qrupunda birinci yeri tutmalıdır".

Xatırladaq ki, İngiltərə millisi B qrupunda İran, ABŞ və Uels milliləri ilə mübarizə aparacaq.

 

Xəbər xətti