Almaniyalı legioner "Qarabağ"a qarşı oynaya biləcək

20:37 - 10 Noyabr 2022

Misli Premyer Liqasının 14-cü turunda "Qarabağ"la qarşılaşacaq "Sabah" oyuna hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Masazır klubu bu oyuna itkilərlə çıxacaq.

Uzun müddətdir ki, meydana çıxmayan Tiemoko Fofan və Zurab Oçiqavadan əlavə, Amin Seydiyev sarı vərəqə səbəbindən oynamayacaq.

Ölkə çempionatının 12-ci turunun “Qəbələ” görüşündə zədələnən Coy-Lans Mikkels “Qarabağ”la matçda meydana çıxa bilər.

Almaniyalı artıq artıq komandaya qoşulub. Lakin onun tam hazır olub-olmadığı dəqiq bilinmir.

​“Sabah” – “Qarabağ” matçı noyabrın 13-də “Bank Respublika Arena”da saat 17:00-da başlayacaq.

Xəbər xətti