"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone Primeronun 14-cü turunda "Malyorka"ya məğlubiyyəti (0:1) şərh edib.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis komandasının uğursuzluğu barədə bunları deyib:
"Bütün oyunlarda zəif olduğumuzu söyləmək ən sadə bəhanədir. Müdafiədə çox səhv edirik, bu da hər şeyi əlehimizə çevirir. Çətin durumu düzəltmək məcburiyyətindəyik. İlk hissədə çox epizod olmadı. Çox sadə oyunu ən yaxşı şəkildə lehimizə çevirə bilmədik və rəqibin özünü rahat hiss etməsinə şərait yaratdıq. Rəqib yaxşı müdafiə olunurdu. Əvəzetmələr oyunumuzu canlandırdı, cinahlara təravət, daha çox dinamika sürət verdi, Lakin bu kifayət etmədi".
