"Qarabağ" və "Neftçi"də çalışmış məşqçi işsiz qaldı

21:36 - 10 Noyabr 2022

"Qarabağ" və "Neftçi"də məşqçi kimi çalışmış Mehmet Ak işsiz qalıb.

Sportal.az xəbər verir ki, o, “1461 Trabzon” klubundan ayrılıb.

Buna səbəb isə komandasının son vaxtlardakı uğursuz çıxışı olub.

Qaradəniz təmsilçisi onun rəhbərliyi altında son olaraq Türkiyə kubokunda “Kasımpaşa”ya 1:6 uduzub.

Həmin matçdan sonra isə Ak komanda ilə vidalaşdığını sosial şəbəkə vasitəsilə məlumat verib. 

 

Xəbər xətti