Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” səfərdə Kiyev “Dinamo”sunun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Emil Mustafayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi 88-ci dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” 12 turdan sonra 20 xal toplayıb və 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi