Qətərə yollanan ilk yığmanın adı bəlli oldu

17:30 - 11 Noyabr 2022

Bu ay Qətərdə dünya çempionatı start götürəcək.

Sportal.az xəbər verir ki, ərəb ölkəsinə yollanan ilk komandanın adına aydınlıq gəlib.

Belə ki, ABŞ artıq Qətərə yollanıb.

Onlar paytaxt Dohanın şimalındakı "Marsa Malaz Kempinski" otelində məskunlaşıb.

Amma hələ ki, bütün futbolçular komandanın düşərgəsinə qoşulmayıb. Kapitan Kristian Pulişiç də daxil olmaqla, Avropa ölkələrinin yerli çempionatlarında fasilə yaranan kimi Qətərə uçacaq. 

ABŞ millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda B qrupunda İngiltərə, İran və Uelslə qarşılaşacaq. 

Xəbər xətti