Ronaldo İspaniya klubunu satmağa hazırlaşır

19:24 - 11 Noyabr 2022

"Valyadolid"in sahibi Ronaldo klubu satmağa hazırdır.

Sportal.az “Relevo”ya istinadən xəbər verir ki, La Liqaya vəsiqə qazandıqdan sonra klubun illik büdcəsi 22 milyon avrodan 55 milyon avroya yüksəlib. 

Braziliyalı stadionun yenidənqurulmasına təxminən 7 milyon avro xərcləyib.

“Yekədiş” vətəninə qayıtmağı planlaşdırır.

O, "Kruzeyro"nun da müəyyən səhmlərinə sahib çıxıb. Ronaldo “Valyadolid”i sataraq bütün sərmayəsini Braziliya klubuna yatırmaq niyyətindədi. 

 

Xəbər xətti