"Qarabağ"ın qolkiperi "Sabah"a qarşı meydana çıxacaq?

19:38 - 11 Noyabr 2022

Misli Premyer Liqasının 14-cü turunun "Sabah"la oyununda "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin meydana çıxması sual altındadır.

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiperin "Turan Tovuz"la görüşdə çiynindən zədə almışdı.

Məhz buna görə də, onun “Sabah”lə görüşdə meydana çıxması sual altındadır.

“Sabah” – “Qarabağ” qarşılaşması noyabrın 13-də “Bank Respublika Arena” stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.

Xəbər xətti