A seriyasının ən dəyərli futbolçuları

18:43 - 11 Noyabr 2022

"Transfermarkt" İtaliya çempionatında çıxış edən ən bahalı futbolçuların siyahısını hazırlayıb.

Sportal.az xəbər verir ki, A seriyasının ən bahalılarının siyahısında "Milan"ın üzvü Rafael Leao başçılıq edir.

Transfer qiyməti 85 milyon avro olan portuqaliyalını "Yuventus"dan Duşan Vlahoviç izləyir. Onun transfer dəyəri isə 80 milyon avrodur. Lautaro Martinez siyahıda üçüncüdür. "İnter"lini transfer etmək istəyən klub 75 milyon avrosundan keçməlidir.

"Napoli"nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın transfer dəyəri 60 milyon avrodur. "Beşliy"i isə "Latsio"dan Sergey Milinkoviç-Saviç qapayır.

Xəbər xətti