Futbol üzrə Niderland I Liqasında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Zvolle”nin qonağı olub. Matç meydan sahiblərinin 5:2 hesablı qələbəsiylə başa çatıb.
Ozan da bu görüşün iştirakçısı olub. 24 yaşlı vinger 77-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi