Qazaxıstan Futbil Federasiyası milli komandanın baş məşqçisi Məhəmməd Adiyevlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, federasiya rusiyalı mütəxəssislə yola davam edəcək. 45 yaşlı məşqçi ilə 2024-cü ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Məhəmməd Adiyev 2022-ci ilin aprel ayından Qazaxıstan yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında Azərbaycan millisinin yer aldığı qrupu 13 xalla lider tamamlayıb.
saytlarin hazirlanmasi
