Renat "Bazel"lə matçda komandasına qələbə qazandırdı

10:00 - 13 Noyabr 2022

İsveçrə çempionatında 16-cı turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" "Bazel"ə qalib gəlib.

Start heyətində meydana çıxan Dadaşov 67-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 34-cü dəqiqədə millimizin hücumçusu vurub.

"Qrasshopper" 16 turdan sonra 20 xalla 7-ci pillədədir.

Xəbər xətti