İtaliya millisinin üzvü paytaxt klubunda qalacaq

11:25 - 13 Noyabr 2022

PSJ Marko Verrattini buraxmaq niyyətində deyil.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Paris təmsilçisi onunla müqavilə müddətini uzatmağa hazırlaşır.

30 yaşlı yarımmüdafiıəçiyə bir çox klubdan təklif olsa da, o, hazırki komandasında qalmaq istəyir.

Verratti 2012-ci ildə "Peskara"dan PSJ-yə keçib.

İtaliyalı 2022/23 mövsümündə Fransa nəhənginin heyətində 19 matçda 1 assistlə yadda qalıb. 

Verrattinin hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.

Xəbər xətti