"Onlar Premyer Liqanın lideri olmağımızdan həzz almalıdırlar"

12:25 - 13 Noyabr 2022

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 15-ci turunun "Vulverhempton"la oyununda qazanılan qələbəni (2:0) şərh edib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının liderliyini möhkəmləndirməsi barədə danışıb. Bununla yanaşı o, azarkeşlərə təşəkkürnü bildirib:

"Dəstəklərinə və klubun geridönüşünə kömək etdiklərinə, enerjilərinə görə azarkeşlərə təşəkkür edirəm. Onlar Premyer Liqanın lideri olmağımızdan həzz almalıdırlar. Biz yüksək səviyyədə oyun nümayiş etdirdik. İlk 20-30 dəqiqədə "Vulverhempton"un oyun tərzini pozmaq üçün mübarizə apardıq. İkinci hissədə daha yaxşı idik, bir az daha cəsarətli oynadıq, risk etdik, amma rəqibin bizə çatmasına imkan vermədik. Komanda ruhumuz inanılmazdır. Belə şəxslər olmasaydı, biz hazırkı mövqedə yer almazdıq. Oyunçular günü-gündən artır".

Xəbər xətti