"Roma" və Argentina millisinin futbolçusu Paulo Dibala paytaxt klubunun məşqlərinə qoşulub.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, argentinalı bir müddət əvvəl dizindən aldığı zədə ucbatından bir həftə sonra Qətərdə start götürəcək dünya çempionatını buraxmaq təhlükəsi yaşamışdı.
Amma onun sağlam olduğu və Argentina millisinin heyətində Qətərə yollanacağı dəqiqləşib.
Xatırladaq ki, Argentina Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə eyni qrupda mübarizə aparacaq.
