ABŞ-nin Nyu-York şəhərində "Madison Square Garden" arenasında UFC 281 turniri baş tutub.
Sportal.az xəbər verir ki, orta çəkidə (84 kq-a qədər) braziliyalı Aleks Pereyra İsrael Adesanya ilə qarşılaşıb. Qarşılaşma Aleksin qələbəsi ilə sona çatıb. O, 5-ci raundda rəqibini nokaut edib.
Bununla da, Pereyra çempionluq kəmərinə sahib çıxıb.
Braziliyalı döyüşçü peşəkar karyerasında 8 döyüş keçirib və 7-də qələbə qazanıb.
