"Barselona" "Mançester Siti"nin sabiq futbolçusunu istəyir

16:03 - 13 Noyabr 2022

"Barselona" "Jirona"nın yarımmüdafiəçisi Aleyks Qarsiya Serrano ilə maraqlanır. 

Sportal.az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, Kataloniya klubunda ona Serxio Busketsin əvəzləyicisi kimi baxırlar.

Qarsiyanın hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

“Barsa” 25 yaşlı yarımmüdafiəçi üçün transfer məbləği ödəmək istəmir.

“Vilyarreal” yetirməsi olan Aleyks Serrano “Mançester Siti”, “Muskron”, “Dinamo”(Buxarest), “Eybar”da oynadıqdan sonra 2021-ci ildə “Jirona”ya keçib.

Xəbər xətti