"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının Premyer Liqanın 16-cı turunda "Brentford"a (1:2) məğlubiyyətini şərh edib.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"in istədiyi nəticəni əldə edə bilməməsi haqda bunları deyib:
"Güclü tərəf qalib gəldi. Matçın əvvəlindən problemlər yaşadıq. Rəqib çox dərindən müdafiə olunurdu. Əslində, dinamikamız çatmadı. Çətin oyun oldu və biz işimizin öhdəsindən gələ bilmədik. Təəssüf ki, sonda uduzduq".
Xatırladaq ki, "Mançester Siti" 14 turdan sonra 32 xalla ikinci pillədədir.
