Almaniyanın "Leypziq" klubunun futbolçusu Daniel Olmo "Real"a təklif edilib.
Sportal.az "El Nacional"a istinadən xəbər verir ki, 2007-2014-cü illərdə "Barselona"nın aşağı yaş qruplarında oynamış 24 yaşlı yarımmüdafiəçi sonradan "Dinamo"ya (Zaqreb) keçib.
2020-ci ildə isə İspaniya millisinin yarımmüdafiəçisini "Leypziq" 29 milyon avro qarşılığında transfer edib.
Daniel Olmo bu mövsüm bütün turnirlərdə 14 oyunda 3 qol vurub və 4 assist ötürmə ilə yadda qalıb.
O, İspaniya millisinin heyətində dünya çempionatına yollanacaq. Futbolçunun mundialdan sonra, daha dəqiq desək, qışda "Real"a keçəcəyi gözlənilir.
