Fransalı "Milan"dan ayrılacaq

14:37 - 13 Noyabr 2022

"Milan"ın yarımmüdafiəçisi Yasin Adli komandadan ayrılacaq.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu Fransa Liqa 1-ə qayıtmaq şansına malikdir.

22 yaşlı futbolçunun qışda icarəyə veriləcəyi gözlənilir. 

Adli bu mövsüm İtaliya A seriyasında 4 oyuna çıxıb.

​PSJ yetirməsi olan futbolçu 2021-ci ildə “Bordo”dan “Milan”a keçmişdi.

Xəbər xətti