Milli komandamızın forvardı, "Qrasshopper”in hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasının 16-cı turu çərçivəsində “Bazel”ə qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, "srf" portalına danışan gənc forvard 1:0 hesablı qələbə barədə bunları söyləyib:
"Oyuna ciddi hazırlaşmışdıq. Qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğuma görə xoşbəxtəm. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm. Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan idi. Görüşün əhəmiyyətini dərk edirdik. Elə buna görə də qalib gəldik. Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".
Xatırladaq ki, Renat "Bazel"lə matçda 34-cü dəqiqədə komandasının yeganə qolunu vurub.
