"Almaniya heç vaxt hesabdan silinməməli, həmişə turnirdə iddialı kimi görünməlidir"

15:24 - 13 Noyabr 2022

"Real" və Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger Qətərdə keçiriləcək dünya çempionatından gözləntiləri barədə danışıb. 

Sportal.az xəbər verir ki, “AS” nəşrinə danışan müdafiəçi mundial öncəsi hansı komandanın daha yaxşı formada olduğunu açıqlayıb:

"Almaniya millisi üçün yeni dövrdür. 2014-cü ildə Toni Kroos, Mario Götze, Filip Lam, Bastian Şvaynştayger kimi oyunçularla əla nəsil gördük. Amma düşünürəm ki, indi də nəyəsə nail ola biləcək futbolçu nəsli yetişib. Almaniya heç vaxt hesabdan silinməməli, həmişə turnirdə iddialı kimi görünməlidir. Amma son aylardakı oyunumuza nəzər salsanız, bəlkə də qələbəmiz sürpriz olacaq. Son vaxtlar keyfiyyətli futbol göstərə bilmirik. Braziliya yaxşı vəziyyətdədir".

Xəbər xətti