Mahir dubl etdi, "Dinamo" qalib gəldi

22:28 - 13 Noyabr 2022

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti matçını keçirib.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi "Riyeka"nın qonağı olub və 7:2 qalib gəlib.

Emreli bu görüşdə dublla yadda qalıb. Meydana sonradan daxil olan forvard 72-ci dəqiqədə komandasının 6-cı, 85-ci dəqiqədə isə 7-ci qolunu vurub.

"Dinamo" hazırda 41 xalla liderdir. 

Xəbər xətti