"Qarabağ"ın rəqibi qalib gəldi

10:01 - 14 Noyabr 2022

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Gent" Belçika çempionatında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Heyn Vanhazebrukun rəhbərlik etdiyi kollektiv "Kortreyk"in qonağı olub. Qarşılaşma "Gent"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın qollarına Endryu Hyuslager, İbrahim Salah (2) və Loran Depuart vurub.

"Gent" 17 turdan sonra 30 xalla 5-ci sıradadır.

Xəbər xətti