Canni De Byazi Moldovada jurnalistlərlə görüşəcək

11:11 - 14 Noyabr 2022

Noyabrın 16-da, saat 21:00-da, Kişinyovda keçiriləcək Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. 

Sportal.az xəbər verir ki, konfranslar sabah baş tutacaq. 

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də media nümayəndələri ilə görüşəcəyi vaxt bəlli olub.

Azərbaycan milli komandası

15 noyabr

Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Zimbru stadionu)

Moldova milli komandası

15 noyabr

Saat 19:45. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Vadul lui Voda)
Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.

Xəbər xətti