"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov Azərbaycan millisinin qarşıdakı oyunlarını buraxmalı olacaq.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Premyer Liqanın 14-cü turunun "Sabah" - "Qarabağ" oyununda zədələndiyinə görə millinin heyətindən kənarlaşdırılıb.
Bununla da, Hüseynov Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 16-da Moldova, 20-də Şimali Makedoniya yığmasına qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcəyi dəqiqləşib.
