Neymar Braziliya millisindən gedir

15:53 - 14 Noyabr 2022

Neymar Braziliya milli komandasındakı karyerasını başa vurmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu DÇ-2022-dən öncə açıqlama verib. Təcrübəli futbolçu Qətərdəki mundialın onun yığma ilə sonuncu turnirinin ola biləcəyini deyib:

 

"Başqa bir dünya çempionatında oynayacağımı düşünmürəm. Buna zəmanət vermirəm. Dürüst olmaq lazımdırsa, DÇ-2022-də sonuncu turnirim kimi oynayacağam".

 

Qeyd edək ki, Neymar 2010-cu ildən Braziliya yığmasında çıxış edir. PSJ-nin futbolçusu millinin heyətində meydana çıxdığı 121 matçda 75 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti