"Beşiktaş"ın yollarını ayırdığı Valeryen İsmael İngiltərəyə yollanıb.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Luton"la danışıqlar üçün Britaniyaya uçub.
Çempionşip təmsilçisi boş qalan posta 47 yaşlı məşqçini gətirmək niyyətindədir.
"Luton" hazırda Çempionşipdə 20 turdan sonra 9-cu sıradadır.
Bu il "Beşiktaş"a baş məşqçi təyin edilmiş İsmael ötən ay tutduğu vəzifədən uzaqlaşdırılmışdı.
