Mahir Emreli istefaya səbəbkar oldu

20:33 - 14 Noyabr 2022

Xorvatiyanın "Riyeka" klubunun baş məşqçisi Serce Kosmi istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, "Riyeka" Xorvatiya çempionatının 17-ci turunda "Dinamo"ya 2:7 hesabı ilə məğlub olub. Həmin qarşılaşmada Zaqreb təmsilçisində çıxış edən Mahir Emreli 2 qol vurub.

Xəbər xətti