Həndbol üzrə Azərbaycan çempionatı davam edir.
Sportal.az xəbər verir ki, kişilərin mübarizəsində ikinci turun oyunları baş tutub.
“Bakı” və “Məhsul” komandaları qarşılaşıb. Matç 21:21 hesabı ilə başa çatıb.
Penaltilər seriyasını daha dəqiq yerinə yetirən "Məhsul" (25:24) çempion üzərində ardıcıl ikinci qələbəsini qazanıb.
Günün digər matçında isə "İdman Akademiyası" RİOEUGİM-ə 34:30 qalib gəlib.
“U-16” – “Təhsil” qarşılaşması isə 22:46 hesabı ilə başa çatıb.
