"Qarabağ"ın futbolçuları millinin düşərgəsinə yollandı

11:31 - 15 Noyabr 2022

"Qarabağ"ın futbolçuları - Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət edilib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 17-də Slovakiya, 3 gün sonra Sloveniya yığmasına qarşı oynanılacaq qarşılaşmalar üçün milliyə dəvət olunub. 

Xəbər xətti