Ukrayna millisinin üzvü "Marsel"ə keçir

13:08 - 15 Noyabr 2022

"Marsel" Ukrayna millisinin üzvü Ruslan Malinovskini transfer etmək istəyir.

Sportal.az "L`Equipe"ə istinadən xəbər verir ki, Fransa klubu "Atalanta"nın yarımmüdafiəçisi üçün danışıqlara başlayıb. 

Fransa klubu "qış transfer" pəncərəsi zamanı ukraynalı ilə müqavilə imzalamağı planlaşdırır. 29 yaşlı yarımmüdafiəçinin özünün də "Marsel"ə keçmək istəyində olduğu iddia edilir.

"Marsel" Malinovskiyə çarpaz bağından zədə alan Amir Haritanın əvəzləyicisi kimi baxır. 

29 yaşlı futbolçu “Şaxtyor”, “Sevastopol”, “Zarya”, “Genk”də oynadıqdan sonra 2019-cu ildə “Atalanta”ya keçib.

Xəbər xətti