"İnter"in hücumçusu Edin Dzeko Milan klubunda xoşbəxt olduğunu etiraf edib.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, bosniyalı hücumçu özü açıqlamasında belə danışıb:
"Klubla müqaviləm gələn ilin ortalarına qədərdir. Amma mən burada daha uzun müddət qalmaq istəyirəm. Həqiqətən "İnter"də oynamağa davam etməkdə maraqlıyam. Burada hər şey xoşuma gəlir. Necə olacağını zaman göstərəcək".
36 yaşlı forvard 2021-ci ildə "Roma"dan "İnter"ə keçib.
saytlarin hazirlanmasi
