"Napoli" Spalettiyə yeni müqavilə təklif etdi

13:36 - 15 Noyabr 2022

"Napoli" baş məşqçisi Luçano Spaletti ilə müqavilə müddətini yeniləmək istəyir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb.

Müqavilə müddəti artırılarsa, Spaletti 2025-ci ilə qədər komandanın baş məşqçisi olacaq. 

63 yaşlı mütəxəssis 2021-ci ildən Neapol klubunu çalışdırır.

​O, “Udineze”, “Roma”, “Zenit”, “İnter”də baş məşqçi olub.

Xəbər xətti