"Bu cür böyük turnirdən əvvəl kiminsə zədələnməməsi üçün dua edirik"

14:51 - 15 Noyabr 2022

Uels millisinin kapitanı, “Los-Anceles”in vingeri Qaret Beyl Qətərdə keçiriləcək dünya çempionatından gözləntilərini bölüşüb.

Sportal.az “goal.com”a istinadən xəbər verir ki, təcrübəli futbolçu komandada yer alan oyunçuların zədələnməməsi üçün dua etdiklərini bildirib:

"Mən optimal vəziyyətdəyəm və turnirə hazıram. Əgər hər görüşdə 90 dəqiqə oynamaq lazımdırsa, buna hazıram. Bu cür böyük turnirdən əvvəl kiminsə zədələnməməsi üçün dua edirik".

Xəbər xətti