Şimali Makedoniya milli komandasının futbolçusu Ezcan Aliosko Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq görüşündən öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinə danışan "Fənərbaxça"nın sol cinah müdafiəçisi millimizdə matçda qələbə üçün mübarizə aparacaqlarını deyib:
"Yoldaşlıq oyunları olsa da, qələbə qazanmağa çalışacağıq. Bu matçları yüksək səviyyədə keçirmək istəyirik. Özümüzə inanmalıyıq. Bu iki qarşılaşma üçün millinin düşərgəsinə gələn futbolçulara hörmət etmək lazımdır. Çünki klubda keçirdiyimiz çox sayda oyunlardan sonra bu formada qalmaq asan deyil”.
Qeyd edək ki, Şimali Makedoniya - Azərbaycan qarşılaşması 20 noyabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi
